Prezident İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev 80 illik yubileyi münasibətilə amerikalı həmkarı Donald Trampa təbrik məktubu ünvanlayıb.
Dövlət başçısının “X” hesabında paylaşılan məktubda deyilir:
“Hörmətli Prezident Tramp, Sizə əlamətdar 80 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan və möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, güclü və qüdrətli bir dövlətin görkəmli lideri kimi görkəmli dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar və daha böyük nailiyyətlər arzulamaqdan böyük məmnunluq duyuram”.
Ölkə başçısı Ağ Ev rəhbərinin Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın qurulmasında və dərinləşməsində əvəzsiz rol oynadığını və bunu yüksək qiymətləndirdiyini bildirib.
Prezident İlham Əliyev məktubda imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının ölkələrimiz arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırmasından bəhs edib. Azərbaycan lideri həmçinin Vaşinqtonda imzalanmış Üçtərəfli Birgə Bəyannamə, eləcə də Ermənistanla Sülhün Qurulması və Dövlətlərarası Münasibətlər haqqında Sazişin paraflanması istiqamətində dəstəyinə görə Donald Trampa təşəkkür edib.
Prezident İlham Əliyev “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu”nu regionda davamlı sülhün və əməkdaşlığın inkişafına əlavə töhfə kimi görürük” deyə məktubda qeyd edib.
ABŞ və Azərbaycan arasında dostluğun, tərəfdaşlığın dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminlik bildirən dövlət başçısı sonda arzularını ifadə edib:
“Dərin hörmət və ehtiramımı bildirərək, bir daha sizə və ailənizə ən xoş arzularımı çatdırır və dost Amerika xalqının rifahı naminə mühüm işlərinizdə uğurlar arzulayıram”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
