Prezident İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verdi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verib.
“Hörmətli cənab Prezident, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı xəbəri bizi dərindən kədərləndirdi. Bu ağır itki ilə əlaqədar sizə, mərhumun ailəsinə və dost İran xalqına dərin hüznlə başsağlığımızı ifadə edir, səbir və dözüm arzulayırıq.
Ayətullah Seyid Əli Xamenei uzun illər ərzində İran dövlətinin və cəmiyyətinin həyatında mühüm rol oynamış, ölkəsinin siyasi və dini həyatında xüsusi yer tutmuş şəxsiyyət olmuşdur. Onun vəfatı İran üçün böyük itkidir. Bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayırıq. Allah rəhmət etsin!”, – deyə başsağlığında qeyd olunub.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi
- İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR
- Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV
- Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb
- Prezident və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisində - Baku TV
