Prezident İlham Əliyev mühüm sərəncamlar imzaladı
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sənədə əsasən, 1 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 6 nəfər “Vətən uğrunda” medalı ilə, 6 nəfər “İgidliyə görə” medalı ilə, 24 nəfər “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Dövlət başçısı həmçinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularını da təltif edib. Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə 2 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 3 nəfər “Vətən uğrunda” medalı ilə, 10 nəfər “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
İlham Əliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin 12 hərbi qulluqçusunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında da Sərəncam imzalayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
