Pleyeri seçin:

Prezident İlham Əliyev Omanın yeni səfiri ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

17 iyul 2026 219 baxış

Prezident İlham Əliyev iyulun 17-də Oman Sultanlığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saif Raşid Saif Al Cahvarini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı dost ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirərək, bir çox sahədə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini deyib və tərəfdaşlığın möhkəmləndirməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev onun ikitərəfli gündəliyin müxtəlif sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə ümidvarlığını bildirib.

Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edən Saif Raşid Saif Al Cahvari Oman Sultanı Heytəm bin Tariq Al Səidin salamlarını dövlət başçısına çatdıraraq deyib ki, Oman Sultanı Prezident İlham Əliyevə möhkəm cansağlığı, ölkəmizə isə yeni uğurlar arzulayır.

Prezident İlham Əliyev xoş sözlərə və salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Oman Sultanına çatdırmağı xahiş edib.

Səfir bu günlərdə diplomatik münasibətlərimizin 35 illiyinin qeyd olunmasının önəmini vurğulayıb. O, Leyla Əliyevanın bu ilin əvvəlində Omana səfərini xatırladaraq, həmin səfər zamanı keçirilmiş görüşlərin və aparılmış müzakirələrin əhəmiyyətinə toxunub, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verdiyini deyib.

Söhbət zamanı Azərbaycanla Oman arasında turizm sahəsində əməkdaşlıq qeyd edilib, birgə investisiya fondunun yaradıldığı bildirilib və gələcəkdə onun maliyyə imkanlarının artırılması perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfərindən görüntülər - Baku TV

İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfərindən görüntülər - Baku TV

Siyasət
01 sentyabr 2026 219 baxış
Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıb - Baku TV

Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıb - Baku TV

Siyasət
01 sentyabr 2026 219 baxış
Prezident və birinci xanımın Qırğızıstandan yola salınma anı - Baku TV

Prezident və birinci xanımın Qırğızıstandan yola salınma anı - Baku TV

Siyasət
01 sentyabr 2026 219 baxış
Birinci xanımlar qırğız xalqının zəngin mədəni irsinə aid nümunələrlə tanış oldular - Baku TV

Birinci xanımlar qırğız xalqının zəngin mədəni irsinə aid nümunələrlə tanış oldular - Baku TV

Siyasət
01 sentyabr 2026 219 baxış
Azərbaycan və İran prezidentlərinin görüşündən verilən mesajlar

Azərbaycan və İran prezidentlərinin görüşündən verilən mesajlar

Siyasət
01 sentyabr 2026 219 baxış
Prezidentin “ŞƏT plyus” formatında keçirilən görüşdəki çıxışı “Haber Global”ın gündəmində - Baku TV

Prezidentin “ŞƏT plyus” formatında keçirilən görüşdəki çıxışı “Haber Global”ın gündəmində - Baku TV

Siyasət
01 sentyabr 2026 219 baxış
"Çox incə mesajlar verildi" | Azərbaycan və İran prezidentlərinin görüşü barədə şərh - Baku TV

"Çox incə mesajlar verildi" | Azərbaycan və İran prezidentlərinin görüşü barədə şərh - Baku TV

Siyasət
01 sentyabr 2026 219 baxış
İlham Əliyevin Bişkek səfərinin pərdəarxası məqamları - AKTUAL GÜNDƏM

İlham Əliyevin Bişkek səfərinin pərdəarxası məqamları - AKTUAL GÜNDƏM

Siyasət
01 sentyabr 2026 219 baxış
Azərbaycan və İran prezidentlərinin görüşündəki səmimi anlar "Haber Global"ın gündəmində - Baku TV

Azərbaycan və İran prezidentlərinin görüşündəki səmimi anlar "Haber Global"ın gündəmində - Baku TV

Siyasət
01 sentyabr 2026 219 baxış
Azərbaycan və Türkiyə prezidentlərinin Bişkekdəki görüşü "Haber Global"da - Baku TV

Azərbaycan və Türkiyə prezidentlərinin Bişkekdəki görüşü "Haber Global"da - Baku TV

Siyasət
01 sentyabr 2026 219 baxış
Seçilmişlər
icon