Prezident İlham Əliyev Vaşinqtonda imzalanan sazişin önəmini vurğuladı
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu gün mən bəzi suallara münasibətimi bildirəndə dedim ki, Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, bölgəmizə dayanıqlı sülh gəlib”.
Bunu Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, bu, həm Azərbaycan, həm Ermənistan, həm də bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir:
“Bugünkü gün buna görə tarixi gün sayıla bilər. Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında atılan addımlar, həm Azərbaycan Ermənistan normallaşması işində atılan addımlar və Birgə Bəyannamənin imzalanması, dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bu Sazişin önəmini bir daha göstərir. Mən bu gün qeyd etdim ki, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik. Əlbəttə ki, hər kəs başa düşür ki, bunun nə qədər böyük əhəmiyyəti var. Həm ölkəmiz üçün, həm bölgə üçün, həm geniş coğrafiya üçün. Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik. İndi də buna siyasi müstəvidə nöqtəni də qoyduq”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
