Prezident İlham Əliyevdən Qarabağ Universitetinin açılışında mühüm mesajlar
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz. Nə 7, 6, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan Ordusunun coğrafi üstünlüyü (çünki bütün təpələrdə onlar yerləşmişdi), nə böyük dövlətlər, nə Ermənistanı silahlandıran, onlara mənəvi və fiziki yardım göstərən dövlətlər. Heç kim”.
Bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib.
Dövlət başçısının sözlərinə görə, 44 günlük Vətən müharibəsi göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur.
Prezident qeyd edib ki, bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. İlk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar.
Dövlət başçısı onu da əlavə edib ki, demək olar, bütün böyük güclər bu işğalı əbədi etmək istəyirdilər.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bütün dünyaya və bu gün işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara inamla yaşamaq lazım gəldiyini göstərdi.
Dövlət başçısının sözlərinə görə, inam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz.
“Dünyada ədalət var” deyən İlham Əliyev müəyyən dövrlərdə dünyada ədalətin mövcudluğuna şübhə ilə yanaşdığını qeyd edib.
“Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən. O göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır.” – deyə İlham Əliyev bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
