Prezident İlham Əliyevin Çin səfəri dünya mediasının diqqətində | BİZDƏN NƏ DANIŞIRLAR?
Yeniliklərdən dərhal xəbərdar olun
“Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Çinin “Global Times” nəşrində dərc olunan “Azərbaycan və Çin hərtərəfli strateji tərəfdaşlıq quraraq əhatəli əməkdaşlıqda yeni səhifə açır” başlıqlı məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkədəki dövlət səfəri və səfər zamanı keçirilmiş görüşlər, imzalanmış sənədlər əsasında iki ölkənin münasibətlərinin inkişafı təhlil edilib.
Məqalənin müəllifləri Liu Sin və Şen Şenq Azərbaycan, Çin liderlərinin görüşündə müzakirə olunan məsələlərə toxunub, onların fikirlərindən sitatlar gətiriblər.
Bolqarıstanın “News.bg” xəbər portalı “Si Cinpin: Gömrük rüsumları və ticarət müharibələri qlobal iqtisadi nizama zərər vurur – Çin və Azərbaycan arasında əməkdaşlıq daha da güclənir” sərlövhəli məqalə təqdim edib.
Mənbənin verdiyi məlumata görə, Çin Xalq Respublikasının Sədri Si Cinpin bildirib ki, gömrük rüsumları və ticarət müharibələri bütün ölkələrin qanuni hüquq və maraqlarını pozur, çoxtərəfli ticarət sistemini sarsıdır və dünya iqtisadi nizamına ciddi zərər vurur.
Çinin “China Global Television Network” telekanalının internet səhifəsində paylaşılan “Çin Azərbaycanla hərtərəfli strateji tərəfdaşlıq qurur” sərlövhəli xəbərdə qeyd olunub ki, Azərbaycan Prezidentinin Çinə səfəri zamanı dövlət başçıları İlham Əliyev və Si Cinpin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulduğunu elan ediblər.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
