Pleyeri seçin:

Prezident İlham Əliyev yeni səfirlə söhbət etdi

17 iyul 2026 345 baxış

Prezident İlham Əliyev iyulun 17-də İrlandiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kler Brosnanı qəbul edib. Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı ölkələrimiz arasında münasibətləri genişləndirməyin əhəmiyyətini qeyd edərək, siyasi sahə ilə yanaşı, investisiyalar və digər potensial istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirmək üçün imkanlara toxunub.

Bakıda olmaqdan şərəf hissi keçirdiyini deyən səfir paytaxtımızın gözəlliyinin və burada tarixi ənənələrlə müasirliyin vəhdətinin onlarda zəngin təəssüratlar yaratdığını bildirib, Azərbaycanın gözəl ölkə olduğunu vurğulayıb.

Səfir Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə dövlət başçısını bir daha təbrik edib.

Kler Brosnan hazırda İrlandiyanın Avropa İttifaqına sədrlik funksiyasını yerinə yetirdiyini deyərək, ölkəmizlə bu qurum arasında əlaqələrin inkişafını dəstəklədiyini bildirib. O həmçinin İrlandiyanın "Avropa Siyasi Birliyi"nin növbəti Zirvə Görüşünə ev sahibliyi edəcəyini deyib.

Kler Brosnan COP29-da iştirakını xatırlayaraq, Azərbaycanın bu tədbirə uğurla ev sahibliyi etdiyini, onun yüksək səviyyədə təşkil olunduğunu və COP29-da yaxşı nəticələrin əldə edildiyini vurğulayıb.

Dövlət başçısı da öz növbəsində COP29 çərçivəsində qlobal yaşıl gündəliklə bağlı Azərbaycan tərəfindən bir sıra təşəbbüslərin irəli sürüldüyü deyərək, ölkəmizdə bu istiqamətdə görülən işlərə toxunub.

Söhbət zamanı Azərbaycanla İrlandiya arasında təhsil, yüksək texnologiyalar sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Rusiyadan gələn açıqlamalar Bakıda etiraz doğurdu - Baku TV

Rusiyadan gələn açıqlamalar Bakıda etiraz doğurdu - Baku TV

Siyasət
18 avqust 2026 345 baxış
Region liderləri niyə susur? - Bərzaninin ofisinin hədəf alınmasının pərdəarxası - Baku TV

Region liderləri niyə susur? - Bərzaninin ofisinin hədəf alınmasının pərdəarxası - Baku TV

Siyasət
18 avqust 2026 345 baxış
CNN-in bu iddiaları Azərbaycanı hərəkətə keçirdi - Baku TV

CNN-in bu iddiaları Azərbaycanı hərəkətə keçirdi - Baku TV

Siyasət
18 avqust 2026 345 baxış
Bakı-Moskva xəttində yeni gərginlik: Rusiya səfiri XİN-ə çağırıldı - AKTUAL GÜNDƏM

Bakı-Moskva xəttində yeni gərginlik: Rusiya səfiri XİN-ə çağırıldı - AKTUAL GÜNDƏM

Siyasət
18 avqust 2026 345 baxış
Prezident Böyük Britaniyanın ölkəmizdəki yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV

Prezident Böyük Britaniyanın ölkəmizdəki yeni səfiri ilə nələri müzakirə etdi? - Baku TV

Siyasət
18 avqust 2026 345 baxış
Moskva Londonun bu addımından narazıdır | Britaniya nədə ittiham edilir? - Baku TV CANLI

Moskva Londonun bu addımından narazıdır | Britaniya nədə ittiham edilir? - Baku TV CANLI

Siyasət
18 avqust 2026 345 baxış
Rusiyadan təhlükəli siqnal: Azərbaycana qarşı nə hazırlanır? - AKTUAL GÜNDƏM

Rusiyadan təhlükəli siqnal: Azərbaycana qarşı nə hazırlanır? - AKTUAL GÜNDƏM

Siyasət
18 avqust 2026 345 baxış
XİN-dən Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz - Baku TV

XİN-dən Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz - Baku TV

Siyasət
18 avqust 2026 345 baxış
Azərbaycanı hədəf alan çağırışların arxasında nə dayanır? - Baku TV

Azərbaycanı hədəf alan çağırışların arxasında nə dayanır? - Baku TV

Siyasət
18 avqust 2026 345 baxış
İstintaq təhdidlərin məqsədini və mümkün motivlərini müəyyənləşdirəcək - Baku TV CANLI

İstintaq təhdidlərin məqsədini və mümkün motivlərini müəyyənləşdirəcək - Baku TV CANLI

Siyasət
18 avqust 2026 345 baxış
Seçilmişlər
icon