Pleyeri seçin:

Prezident Küveytin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

10 yanvar 2025 506 baxış

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairinin etimadnaməsini qəbul edib.

Səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Dövlət başçısı ölkələr arasında çox fəal siyasi əlaqələrin genişləndiyini vurğulayaraq Küveytə rəsmi səfərini məmnunluqla xatırlayıb. Prezident İlham Əliyev Azərbaycan-Küveyt qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib və bunun üçün yaxşı imkanların olduğunu deyib.

Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb. Səfir təyyarə qəzası nəticəsində həlak olanlarla bağlı bir daha Küveyt Əmirinin başsağlığını çatdıraraq yaralananların tezliklə şəfa tapmasını arzulayıb.

O, COP29-un yüksək səviyyədə təşkilinə və əldə olunmuş nailiyyətlərə görə Azərbaycana və dövlət başçısına təbriklərini çatdırıb.

Söhbət zamanı siyasi münasibətlərin çox yaxşı səviyyədə olması, iqtisadi, ticarət və sərmayə sahələrində əlaqələrin inkişafı, hökumətlərarası komissiyanın iclasının keçirilməsi və iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması məmnunluqla vurğulanıb.

Azərbaycan ilə Küveytin beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlığına toxunulub, ölkələrin daim bir-birini dəstəklədiyi bildirilərək, bu xüsusda BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, OPEC+ formatında əməkdaşlıq qeyd olunub. Eyni zamanda Azərbaycanın Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası ilə də əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyi bildirilib.

Banner
Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Paşinyan Müstəqillik Bəyannaməsini niyə dövlət əleyhinə mətn sayır? - Baku TV

Siyasət
03 noyabr 2026 506 baxış
Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Azərbaycanlı kəndinin gerçək keçmişi | Alagözün taleyi necə oldu? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA

Siyasət
03 noyabr 2026 506 baxış
Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Buxarestdə Azərbaycanın tarixi qələbəsinə həsr olunan tədbir təşkil edildi - Baku TV

Siyasət
03 noyabr 2026 506 baxış
"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

"Açanda stres keçirdim" | Ramiz Mehdiyev işi: Kamilə Əliyevanın ifadəsində diqqətçəkən məqamlar

Siyasət
03 noyabr 2026 506 baxış
Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Məhkəmənin iclasında Əli Kərimli və müavini ilə bağlı hansı qərar verildi? - Baku TV

Siyasət
03 noyabr 2026 506 baxış
Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Yeni konstitusiya ilə yeni siyasi mərhələ başlayır? - AKTUAL GÜNDƏM

Siyasət
03 noyabr 2026 506 baxış
Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - Bir kəndin silinən keçmişi - Baku TV

Siyasət
03 noyabr 2026 506 baxış
AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

AXCP sədrinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Baku TV

Siyasət
03 noyabr 2026 506 baxış
İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

İlham Əliyev Cona Mayna Mvangi ilə hansı məsələləri müzakirə etdi? - Baku TV

Siyasət
03 noyabr 2026 506 baxış
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - Baku TV

Siyasət
03 noyabr 2026 506 baxış
Seçilmişlər
icon