Prezident Misir parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul edib
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev mayın 15-də Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebalini qəbul edib.
İlham Əliyev Misir parlamenti Nümayəndələr Palatasının sədrinə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirib.
Ulu öndərin Azərbaycanın dövlət quruculuğunda müstəsna rol oynamış bir şəxsiyyət olduğunu vurğulayan dövlət başçısı eyni zamanda ümummilli liderin Azərbaycan-Misir əlaqələrinin inkişafında böyük xidmətləri olduğunu qeyd edib.
İlham Əliyev Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərini məmnunluqla xatırlayıb, bu səfərin əlaqələrimizin inkişafına ciddi təkan verdiyini deyib, səfər zamanı Azərbaycanla Misir arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət əlaqələrinin inkişafı, enerji, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib.
Dövlət başçısı onun salamlarını Misirin Prezidentinə çatdırmağı xahiş edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentdən sərəncam | Bir qrup media nümayəndəsi təltif olundu - Baku TV
- Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi
- İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR
- Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV
- Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb
