Prezident mühüm Əsasnaməyə dəyişiklik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın ştatdankənar konsulu haqqında Əsasnaməyə dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Sənədə əsasən, karantin və başqa yoluxucu, xüsusilə tropik, QİÇS və bəzi xəstəliklər meydana çıxdığı zaman Azərbaycanın ştatdankənar konsulu xəstəliyin yayıldığı rayonu, yoluxma hallarının sayını və epidemiyaya qarşı görülən tədbirləri Azərbaycanın həmin dövlətdəki diplomatik nümayəndəliyinə və ya konsulluğuna və ya bilavasitə Xarici İşlər Nazirliyi ilə yanaşı, Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinə dərhal məlumat verəcək.
Bundan başqa, kənd təsərrüfatı bitkilərinə aid təhlükəli xəstəliklər və ziyanvericilər meydana çıxdığı zaman, habelə mal-qara və quşlar kütləvi xəstələndikdə, yaxud insan və heyvanlar üçün ümumi olan xəstəliklərin yayılma təhlükəsi yarandıqda, Azərbaycanın ştatdankənar konsulu adı sadalanan qurumlara dərhal məlumat verəcək.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
