Prezident sərəncamlar imzaladı | DSX-nin bir qrup hərbi qulluqçuları təltif edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu təltif olunub.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, iki nəfər 3-cü dərəcəli “Rəşadət”, 1 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 4 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 9 nəfər “Vətən uğrunda”, 6 nəfər “İgidliyə görə”, 99 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Dövlət başçısının digər Sərəncamı ilə polkovnik Bəhmən Babayevə, polkovnik Əyyub Məmmədova və polkovnik Nəsib Mirzəyevə “general-mayor” ali hərbi rütbəsi verilib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
