Pleyeri seçin:
Prezident səudiyyə ərəbistanlı nazirlə nələri müzakirə etdi?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev mayın 3-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudu qəbul edib.
Görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib.
Söhbət zamanı ölkələrimizin OPEC+ çərçivəsində əməkdaşlığının önəmi vurğulanıb.
Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığının aparıcı “ACWA Power” şirkəti arasında ölkəmizdə bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib və bu sahədə yaxşı potensialın olduğu bildirilib.
Görüşdə COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunulub.
Kopyalandı
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
