Prezident TDT-yə üzv və müşahidəçi ölkələrin ortaq maraqlarından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Təşkilata üzv və müşahidəçi ölkələrin ortaq maraqları var. Biz təkcə dost yox, həm də strateji tərəfdaş, müttəfiqik. Əsas məsələ budur ki, biz qardaş ölkələrik və təşkilatın təməlində də bu prinsip dayanır”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edərkən deyib.
“Hesab edirəm ki, gələcək illərdə təşkilat daha böyük zirvələrə yüksələcək. Bunun üçün bütün imkanlar mövcuddur”, ‒ İ.Əliyev qeyd edib.
Dövlət başçısı bildirib ki, təşkilata üzv ölkələrdə daxili sabitlik təmin olunur.
“Bizim böyük coğrafiyamız, bəzi ölkələrdə isə zəngin təbii sərvətlər var. Nəqliyyat layihələrimiz ölkələrimizi birləşdirir və daha böyük coğrafiyanı əhatə edir. Bu dəhlizlər Avropanı Asiya ilə birləşdirir. Bir sözlə, iqtisadi sahədə böyük potensiala malikik. Əgər buna müsbət demoqrafik dinamikanı da əlavə etsək, ümumi mənzərə daha da ürəkaçan görünür”, ‒ Prezident əlavə edib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
