Prezident texnoloji inkişafın əhəmiyyətindən söz açdı
Yeniliklərdən dərhal xəbərdar olun
"Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir".
Bunu Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.
Prezident "Biz hazır olmalıyıq, səfərbər olmalıyıq, əlbəttə ki, cəmiyyət rahat yaşamalıdır", deyərək çıxışına belə davam edib:
"Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Çünki bilirlər ki, bizim cavabımız amansız, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək. Ona görə də texnoloji inkişafa nail olmasaq, burada geniş, yəni bir neçə min yox, onminlərlə azərbaycanlı bu işdə olmasa, biz geridə qala bilərik. Ona görə də hesab edirəm ki, bütün qurumlar və eyni zamanda cəmiyyət bunu da vəzifə kimi bilməlidir və görməlidir".
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
