Prezident və xanımı Şuşada ilk yaşayış kompleksinin açılışında iştirak etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşalılar 32 ildən sonra öz doğma yurdlarına qayıdırlar.
Belə ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.
Bundan başqa, dövlət başçısı və birinci xanım Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Çöl Qala məscidində aparılan bərpa işləri ilə də tanışlıq olub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar.
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı da olub. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olublar.
Həmçinin Şuşada Mamayı məscidinin bərpadan sonra açılışı da olub. Dövlət başçısı Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
