Pleyeri seçin:

Prezident Xankəndidə Zəfər parkının açılışında 

24 dekabr 2025 622 baxış

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına və birinci xanıma parkda yaradılmış şərait barədə məlumat verib.

Ümumi sahəsi 9 hektar olan Zəfər parkının təməli bu ilin fevralında Prezident İlham Əliyev tərəfindən qoyulub. Dövlət başçısı iyulda burada görülən işlərlə tanış olub.

Bildirilib ki, parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələr üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.

Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Bina 10 mərtəbədən və terrasdan ibarətdir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub. Doqquzuncu mərtəbədə “Zəfər qalereyası” sərgi-nümayiş zalı yaradılıb.

Parkın ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, fəvvarələr yaradılıb, işıqlandırma və musiqilərin səsləndirilməsi üçün sistemlər quraşdırılıb. İnşaat işləri zamanı mövcud ağacların qorunmasına xüsusi diqqət yetirilib. Ümumilikdə parka 500-dən çox ağac və 11 mindən artıq kol və gül əkilib.

Banner
Azərbaycanlı və türkiyəli jurnalistlər bir arada | Prezidentlərin çıxışından öncə son hazırlıqlar

Azərbaycanlı və türkiyəli jurnalistlər bir arada | Prezidentlərin çıxışından öncə son hazırlıqlar

Siyasət
08 noyabr 2026 622 baxış
Ərdoğan Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini səsləndirdi - Baku TV

Ərdoğan Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirini səsləndirdi - Baku TV

Siyasət
08 noyabr 2026 622 baxış
Türkiyə-Azərbaycan birliyinə qarşı olanlara ismarış - Baku TV

Türkiyə-Azərbaycan birliyinə qarşı olanlara ismarış - Baku TV

Siyasət
08 noyabr 2026 622 baxış
Ərdoğandan qardaşlıq mesajı | Liderlər tarixi günün 6-cı ildönümündə Şuşada bir arada - Baku TV

Ərdoğandan qardaşlıq mesajı | Liderlər tarixi günün 6-cı ildönümündə Şuşada bir arada - Baku TV

Siyasət
08 noyabr 2026 622 baxış
Prezident İlham Əliyev Xankəndidəki çıxışında dünyaya hansı mesajları verdi? - Baku TV

Prezident İlham Əliyev Xankəndidəki çıxışında dünyaya hansı mesajları verdi? - Baku TV

Siyasət
08 noyabr 2026 622 baxış
Ərdoğan Azərbaycan-Türkiyə əlaqələrini pozmaq istəyənlərə səsləndi - Baku TV

Ərdoğan Azərbaycan-Türkiyə əlaqələrini pozmaq istəyənlərə səsləndi - Baku TV

Siyasət
08 noyabr 2026 622 baxış
“Bakının sevinci Ankaranın sevinci, Şuşanın qüruru bütün millətimizin qürurudur” | Ərdoğan Şuşada

“Bakının sevinci Ankaranın sevinci, Şuşanın qüruru bütün millətimizin qürurudur” | Ərdoğan Şuşada

Siyasət
08 noyabr 2026 622 baxış
"Qardaşlığımızı sarsıtmaq istəyənlər arzularına heç vaxt çatmayacaqlar" | Prezident - Baku TV

"Qardaşlığımızı sarsıtmaq istəyənlər arzularına heç vaxt çatmayacaqlar" | Prezident - Baku TV

Siyasət
08 noyabr 2026 622 baxış
"Birdir bizim hər halımız..." | Qarabağda Ərdoğandan dünyaya mesaj - Baku TV

"Birdir bizim hər halımız..." | Qarabağda Ərdoğandan dünyaya mesaj - Baku TV

Siyasət
08 noyabr 2026 622 baxış
“Sizin bəyanatınız bütün dünyaya göstərdi ki...” | Şuşadan dünyaya vacib mesajlar - Baku TV

“Sizin bəyanatınız bütün dünyaya göstərdi ki...” | Şuşadan dünyaya vacib mesajlar - Baku TV

Siyasət
08 noyabr 2026 622 baxış
Seçilmişlər
icon