Prezident yeni layihələrdən danışdı | Bu dəhlizin ötürmə qabiliyyətinin artırılması üçün...
Yeniliklərdən dərhal xəbərdar olun
“Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb”.
Bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır.
İlham Əliyev 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edildiyini vurğulayıb.
“Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək”, – Prezident əlavə edib.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycanda beynəlxalq tədbir | Prezidentin sammit iştirakçılarına müraciəti səsləndirildi
- İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR
- Cənubi Koreyadan qayıdan Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV
- Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb
- Prezident və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisində - Baku TV
