Prezidentdən sərt xəbərdarlıq
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu gün dünyada güc amili ön plandadır və güclə hesablaşırlar, gücdən çəkinirlər. Biz son iki il yarım ərzində bir neçə dəfə bunu bir neçə ünvana göstərmişik və heç kim bizim iradəmizə təsir edə bilməz".
Bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib.
“Əksinə, bizə qarşı tuşlanmış bütün oxları sındırıb öz ləyaqətimizi və maraqlarımızı qoruya bilmişik, daha əlavə sözlərə ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Necə deyərlər, dərinə getmək istəmirəm, amma bunu artıq hər kəs görür, görməlidir və bilməlidir ki, Azərbaycanla hədə-qorxu, ultimatum dili ilə heç kim danışa bilməz. Hesab edirəm ki, bundan sonra belə cəhdlər də olmayacaq”, – deyə dövlətimizin başçısı vurğulayıb.
#İlham Əliyev teqi istifadə olunub
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
- Prezident BMT qətnamələrinin icrası üçün mexanizmin vacibliyini vurğulayıb - Baku TV
