Prezidentdən təbəssüm yaradan cavab | Sərhədlərlə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Deyirlər ki, “güzgü şəklində” tərəflər geri çəkilsin. Amma hara çəkilsin? Bu məsələni hələ 2021-ci ilin may ayında mənə bəzi həmkarlarım demişdi. O vaxt sərhəddə bəzi dəqiqləşmə aparılmışdı və bir telefon zəngi əsanasında mənə dedilər ki, xahiş edirik ki, siz qayıdasınız. Deyirəm, hara qayıdaq? Deyirlər, hardan gəlmisiniz, ora! Deyirəm, biz Bakıdan gəlmişik, Bakıya qayıdaq? Biz 30 il orda olmamışıq. Əgər o sərhəd idisə, onda Ermənistan onu sərhəd kimi tanıyaydı, sərhəd nişanlarını qoyaydı, o axı o sərhədi tanımırdı. O hesab edirdi ki, onun sərhədi Ağdamdadır. Biz Bakıdan gəlmişik, orda olmamışıq, deyin hara qayıtmaq lazımdır, qayıdaq. Mənim sualıma cavab olmadı”.
Bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib.
“Əlbəttə ki, biz heç yerə qayıdan deyilik: nə 21-ci ilin may ayındakı mövqelərdən, nə 22-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri çəkilən deyilik. Çünki o sərhəd müəyyən edilməlidir. Ancaq indi bizim Ermənistan tərəfindən mübahisələndirilən yerləşməyimiz heç bir yaşayış məntəqəsini əhatə etmir. Bizim indi durduğumuz təpələrdəki mövqelərdə heç vaxt yaşayış olmayıb. Ermənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir və bu, dözülməzdir və hesab edirəm ki, delimitasiya komissiyalarının bu ayın axırındakı görüşündə bu məsələyə aydınlıq gətiriləcək”, – deyə dövlət başçısı bildirib.
#İlham Əliyev teqi istifadə olunub
- Prezident İlham Əliyev İƏT ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb - Baku TV
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
