Prezidentin ali hərbi rütbə verdiyi Mürsəl İbrahimov kimdir?
Yeniliklərdən dərhal xəbərdar olun
Mürsəl Qorxmaz oğlu İbrahimova “general-mayor” ali hərbi rütbəsi verilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, 55 yaşlı Mürsəl İbrahimov 2023-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini tutur.
O, 1970-ci il sentyabrın 20-də Bakıda anadan olub. O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib. 1992-1997-ci illərdə Daxili İşlər Nazirliyi Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində tağım komandiri, baş inspektor vəzifələrində xidmət aparıb.
Daha sonra Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsində inspektor və baş inspektor vəzifələrində işləyib. M.İbrahimov 10 ildən artıq Milli Təhlükəsizlik Nazirliyində çalışıb, idarə rəisinin müavini vəzifəsinədək yüksəlib. “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
2015-ci ildən sonrakı dövrdə bir sıra özəl şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb. Son illər “Kapital Bank” ASC Təhlükəsizlik Departamentinin direktoru olub.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
