Prezidentlə görüşən balaca Nilay Baku TV-yə danışdı
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-si – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edərkən diqqəti cəlb edən balaca qız – Nilay Əliyevanın ürəkdağlayan hekayəsi Baku TV-də yer alıb. Nilayın atası Adil Əliyev, anası Günay Əliyeva və nənəsi Afaq Əliyeva 11 oktyabr 2020-ci ildə Ermənistanın Gəncəyə raket zərbəsi endirməsi nəticəsində şəhid olublar. Özü isə dağıntılar altından möcüzə nəticəsində sağ çıxarılmışdı. Balaca Nilay dövlət başçısı ilə görüşündən yaranan təəssüratları bölüşərək, İlham Əliyevi televiziyadan tanıdığını və onu "yaxşı baba" adlandıraraq çox sevdiyini bildirib. O, Prezidentlə maraqlı söhbət etdiyini və bu arzusunun yerinə yetməsinə çox sevindiyini söyləyib. Bu görüş, şəhid ailələrinə göstərilən ali diqqətin və Gəncə faciəsi qurbanlarının xatirəsinin dövlət səviyyəsində unudulmamasının rəmzidir.
#İlham Əliyev teqi istifadə olunub
- Azərbaycan metallurgiyada öz gücünə hansı yeni istiqaməti yaradacaq? - Baku TV
- Yeni sənaye parkı qərb bölgəsinə hansı iqtisadi imkanları gətirəcək? - Baku TV
- Prezident mühüm göstəricini açıqladı | Yeni proqramlar artımı davamlı edə bilər - Baku TV
- Beş mindən çox iş yeri hansı yeni sənaye istiqamətində açılacaq? - Baku TV
- Naxçıvanda başlanacaq işlər bölgənin iqtisadi mənzərəsini dəyişə bilər - Baku TV
