Minilliklərin izi tapıldı: Şahbulaq barədə iddiaları dağıdan tapıntılar - GÖR NƏLƏRİ QAYTARMIŞIQ!
“Gör nələri qaytarmışıq” verilişinin yeni buraxılışı Ağdamda yerləşən və əsrlər boyu insanları özünə çəkən Şahbulaq qalasına həsr olunub.
Bildirilib ki, XVIII əsrə aid Şahbulaq qalası Qarabağ xanlığından bizə gəlib çatan ən mühüm memarlıq nümunələrindən biridir. Pənahəli xan Bayat qalasından sonra bol suyu, sıldırım yüksəklikləri və təbii müdafiə imkanları olan Şahbulağı seçərək burada təkcə qala deyil, məscid, hamam, bazar və yaşayış kompleksindən ibarət kiçik bir şəhər formalaşdırmışdı. Lakin Şahbulağın tarixi 1751–1752-ci illərlə başlamır, Pənahəli xanın dövrü bu məkanın keçmişində, sadəcə, yeni bir səhifə idi.
Şahbulaq Arxeoloji Ekspedisiyasının rəhbəri Təvəkkül Əliyev qeyd edib ki, işğal dövründə ermənilərin saxtalaşdırma məqsədli qanunsuz qazıntılarına məruz qalan bu ərazidə 2024-cü ildən etibarən Ekspedisiya tərəfindən tədqiqatlara başlanılıb. Torpağın altından çıxan hər yeni tapıntı göstərir ki, burada eradan əvvəl II əsrdən başlayaraq ardıcıl həyat olub.
Vurğulanıb ki, tarix burada bir-birini silmədən ardıcıl davam edib. Şahbulağın sirri yalnız XVIII əsrin qala divarları ilə məhdudlaşmır, o, minillikləri qat-qat özündə toplayan qədim yaşayış məskənidir.
Maraqlıdır, III Mömin Vaçaqanın böyük kilsə məclisi keçirdiyi məşhur Aquen şəhəri elə Şahbulaq ərazisidirmi? Qalanın yanındakı böyük kilsə qalıqları bu tarixi gerçəkliyi sübut edirmi?
#Ağdam teqi istifadə olunub
- "Onların etdiyi zülm idi" | Yəhya Bakuviyə həsr olunmuş konfrans Ağdamda davam edir - Baku TV
- Traktor sürücüsü minalanmış əraziyə daxil oldu | ANAMA-dan vətəndaşlara çağırış - Baku TV CANLI
- Ağdamda mina partladı | Traktor sürücüsü xəsarət aldı - Baku TV
- Ağdama köçən ailələrə mənzillərinin açarları təqdim olunub - Baku TV
- “Yataqxanalarda yaşamışıq, şükür ki...” | Doğma yurda qayıdan sakinlərin sevinci - Baku TV
