Ermənistanda azərbaycanlılardan qalan miras | Qəbir daşlarında yaşayan tarix
Yeniliklərdən dərhal xəbərdar olun
Kiçik Ayrım kəndinin adı ayrım türk tayfası ilə bağlıdır. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Lori vilayətinin tərkibindədir.
Kənd sovet dövründə salınıb və Allahverdi rayonunun tərkibində olub. Rayon sonradan Tumanyan adlandırılıb.
1920-ci illərin ortalarına qədər kəndin əhalisi qonşu Böyük Ayrımın əhalisi ilə birlikdə hesaba alınıb. Ayrı yaşayış məntəqəsi kimi Kiçik Ayrım statistik mənbələrdə 1926-cı ildən qeyd olunmağa başlayır.
Erməni mənbələrinin məlumatlarına görə, 1980-ci illərin sonlarına qədər müxtəlif vaxtlarda kəndin ərazisində yalnız və ya əsasən azərbaycanlılar yaşayıblar.
Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1926-cı ildə kənddə hamısı azərbaycanlı olmaqla 88 nəfər yaşayıb.
1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 154 nəfər yaşayıb.
Manvelyan A.P., Martirosyan G.M. 1831-1959-cu illərdə Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi:
1959-cu ildə kənddə 234 nəfər, əsasən azərbaycanlılar yaşayıblar.
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti:
1970-ci ildə kənddə 420 nəfər yaşayıb.
1979-cu ildə kənddə 388 nəfər yaşayıb.
1989-cu ildə kənddə 91 nəfər yaşayıb.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.
Azərbaycanlıların qovulmasından sonra kəndin ərazisinə ermənilər yerləşdiriliblər.
2021-2024-cü illərdə “Yoxa çıxmış sivilizasiya” kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə məzar daşlarının bir hissəsinin salamat qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib. Məzar daşlarının bəziləri təhqir olunub.
«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Bir zamanlar azərbaycanlıların yaşadığı İnqala kəndi necə sahibsiz qaldı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Osmanlı qeydləri, çar siyahıları | Zodun keçmişi harada görünür? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Zod kəndinin əhalisi haqqında tarixi sənədlər nə deyir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Əhalisi qovuldu, adı dəyişdirildi... | Dərə kəndindəki etnik təmizləmənin təfərrüatları
- Ermənistanda Azərbaycan irsinin izləri: Salah kəndinin bilinməyən tarixçəsi
