Bir zamanlar azərbaycanlıların yaşadığı İnqala kəndi necə sahibsiz qaldı? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda erməni silahlı birləşmələri tərəfindən dağıdılmış İnqala azərbaycanlı kəndinin tarixi
İnqala müasir Ermənistan ərazisində yaşayış məntəqəsi kimi mövcudluğu sona çatmış türk kəndlərindən biridir.
Adları:
çar dövründə – İnqala
sovet dövründə – İnqala, Kiçik Axis, Pokr Axis, Pokr Xaxis
İnqala kəndi XIX əsrin sonlarına aid çar mənbəyində qonşu Haxıs azərbaycanlı kəndinin bir qrup sakininin yeni saldığı yaşayış məntəqəsi kimi qeyd edilir. Sovet mənbələrində həm də Kiçik Axis adına rast gəlinir.
Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının İrəvan qəzasının tərkibində olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1916-cı ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
«Qərbi Azərbaycanın yaddaş yerləri» – nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanmış və sistemləşdirilmişdir. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalmışdır.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Osmanlı qeydləri, çar siyahıları | Zodun keçmişi harada görünür? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Zod kəndinin əhalisi haqqında tarixi sənədlər nə deyir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Əhalisi qovuldu, adı dəyişdirildi... | Dərə kəndindəki etnik təmizləmənin təfərrüatları
- Ermənistanda Azərbaycan irsinin izləri: Salah kəndinin bilinməyən tarixçəsi
- Dəyişdirilən ad, silinməyən tarix: Heydərli kəndindəki məzar daşları nəyi üzə çıxarır?
