Pleyeri seçin:

Putin Paşinyanla ikitərəfli görüş keçirib

23 dekabr 2025 555 baxış

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla Sankt-Peterburqda ikitərəfli görüş keçirib.

Bu barədə Rusiya mediası məlumat yayıb.

Görüş Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa səfəri çərçivəsində baş tutub.

Paşinyan görüş zamanı Rusiya lideri Vladimir Putinə "Tramp Marşrutu" layihəsi barədə məlumat verib.

"Hazırda biz ABŞ ilə TRIPP layihəsinin icrasına və tikintiyə başlanılması ilə bağlı çox konstruktiv ikitərəfli danışıqlar aparırıq. Bu, həqiqətən də bizim regionumuzda çox böyük və məzmunlu dəyişikliklərdir. Burada Rusiya ilə ikitərəfli münasibətlərimizə aid bir çox məqamlar var. Məncə, bu gün bütün bunları müzakirə etmək üçün çox yaxşı fürsətdir", – deyə Paşinyan vurğulayıb.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Rusiya ilə münasibətlərin inkişafı üçün yeni imkanlar açacaq.

"Biz 8 avqustda keçirilən Vaşinqton sammitindən sonra telefon danışığımızda qeyd etmişdik, əldə olunmuş sülh Ermənistan və Rusiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün yeni imkanlar açır. Bu, artıq baş verib, çünki qatarlar Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzitlə gəlməyə başlayıb", – deyə Paşinyan bildirib.

Öz növbəsində, Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Moskva və İrəvan arasında münasibətlər inkişaf edir, qarşılıqlı ticarət dövriyyəsi göstəriciləri isə təshih edilib. O həmçinin atom enerjisi sahəsində layihələr də daxil olmaqla, energetika sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 555 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 555 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 555 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 555 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 555 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 555 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 555 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 555 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 555 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 555 baxış
Seçilmişlər
icon