Putinin Bakı səfərindən sonra Paşinyan görün nələr edir | Məqsədi isə...
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Qafqazda böyük partlayışlar, kritik hadisələr baş verir, Ermənistanın Baş naziri Nikol Paşinyan isə növbəti konsertə hazırlaşır.
Bu barədə “Hraparak” nəşrinin məlumatında qeyd olunur.
Nəşr yazır ki, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri, Azərbaycan Prezidenti ilə sülh prosesini Ermənistan olmadan müzakirə etməsi fonunda İrəvan hökuməti heç bir ciddi addım atmır. Hətta Baş nazir Nikol Paşinyan ölkədə yeni böyük musiqi festivalına hazırlaşır.
Məlumata görə, Gümrü və İcevandan sonra bu dəfə də Vayots Dzor vilayətinin Yegeqnadzor bölgəsində konsertlər təşkil olunacaq. Hazırda Paşinyanın əsas diqqəti bu məsələnin üzərindədir və başqa heç nəyə baxmır.
Avqustun 24-də Yegeqnadzorda keçiriləcək konsertdə Baş nazir Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan şəxsən iştirak edəcəklər. Hətta konsertdə Ermənistanı “Avroviziya-2024” mahnı müsabiqəsində təmsil edən “Ladaniva” qrupunun çıxışı da nəzərdə tutulub.
#Nikol Paşinyan teqi istifadə olunub
- Paşinyan hakim partiyanın yüksək nəticəsindən razı qalmayıb, dövlətyönümlü müxalifətin formalaşmasını vacib sayır
- Paşinyan “üçbaşlı müharibə partiyası” deyəndə kimləri nəzərdə tutur? - Baku TV CANLI
- “Əgər məqsəd sülhdürsə, o zaman...” | Paşinyanın 2031 sözündən sonra 2028-i göstərməsi nə deməkdir?
- Paşinyan gah sülhə tələsir, gah da onu gecikdirir
- Paşinyan Konstitusiyanı dəyişmək üçün növbədənkənar seçkilərə gedir? - AKTUAL GÜNDƏM
