Qarabağa səfəriniz Azərbaycan xalqını məmnun edir | İlham Əliyev
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və BƏƏ münasibətlərində görünməmiş diplomatik hadisə! Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan sentyabrın 16-da işğaldan azad edilmiş torpaqlarımıza, rəmzi paytaxtımız Şuşaya rəsmi səfər edib. Baku TV-nin təqdim etdiyi süjetdə Prezident İlham Əliyevin ali qonağı Füzuli Beynəlxalq Hava Limanında qarşılaması və Cıdır düzündə keçirilən görüşün səmimi görüntüləri yer alıb. İlham Əliyev bu səfərin xüsusi əhəmiyyətini vurğulayaraq bildirib: "Siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu bizi, bütün Azərbaycan xalqını çox məmnun edir". Səfər çərçivəsində imzalanan "Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə", ali qonağa hədiyyə edilən "Ərgünəş" adlı Qarabağ atı və Şuşa qalasının önündə çəkilən tarixi fotolar Bakı-Əbu Dabi dostluğunun ən yüksək zirvəsidir. Qarabağın bərpasına BƏƏ-nin verəcəyi dəstək və yeni iqtisadi perspektivlər barədə hər şey Baku TV-nin "Siyasət" rubrikasında.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
