Qarabağda minalardan təmizlənən ərazilər açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
ANAMA minatəmizləmə sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdə maraqlıdır.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr idarəsinin Beynəlxalq əlaqələr və donorlarla iş bölməsinin müdiri Rövşən Kərimov dekabrın 4-də Bakıda keçirilən "Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
R.Kərimov qeyd edib ki, ANAMA humanitar minatəmizləmə işləri çərçivəsində 110 min hektar ərazini mina və hərbi sursatlardan təmizləyib:
"ANAMA minatəmizləmə işlərində kifayət qədər təcrübə qazanıb. 44 günlük müharibədən sonra 18 mindən çox tankəleyhinə, 30 mindən çox piyadaəleyhinə minalar, 56 mindən çox silah-sursat qalıqları aşkar edilərək zərərsizləşdirilib".
#Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) teqi istifadə olunub
- Cəbrayılın Həsənli və Quycaq kəndlərində aparılan minatəmizləmə işlərinə baxış keçirilib - Baku TV
- Cəbrayılda ard-arda baş verən mina partlayışları ilə bağlı rəsmi məlumat yayıldı - Baku TV
- Azad torpaqlarda təhlükəsiz həyat üçün genişmiqyaslı əməliyyat davam edir - Baku TV
- ANAMA vətəndaşları minalardan təmizlənməmiş ərazilərə daxil olmamağa çağırıb - Baku TV
- Şuşada mina partlayışı | Xəsarətalan var - Baku TV
