Pleyeri seçin:

Qaribaşvili istefadan əvvəl niyə Azərbaycan əleyhinə sənəd imzaladı?

01 fevral 2024 554 baxış

Ötən həftəsonu Ermənistanın Baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Qaribaşvili ilə Tiflisdə strateji tərəfdaşlıq haqqında saziş imzaladı.

Azərbaycanın icra etdiyi regional layihələrdən ən çox qazananın Gürcüstan olduğunu xatırladan siyasi analitiklər bildirir ki, buna rəğmən Qaribaşvili hökumətinin bu cür davranışı böyük təəssüf doğurur.

Gürcüstanın son zamanlarda sərgilədiyi mövqe çox təəssüf ki, uzun illər Azərbaycanla davam edən ikitərəfli əlaqələrin zədələnməsinə xidmət edir. Ekspertlərə görə, rəsmi Bakı Tiflisə bununla bağlı narazılığını ifadə etməlidir.

Qeyd edək ki, Gürcüstanın Baş naziri və hökuməti yanvarın 29-da istefaya gedib. Gürcüstan Konstitusiyasına əsasən, baş nazirin səlahiyyətləri onun istefasından dərhal sonra başa çatır, hökumət isə yeni baş nazir təyin olunana qədər öz vəzifələrini icra etməyə davam edir. Hökumət başçısının vəzifələri baş nazirin birinci müavininə həvalə edilir. Ölkənin bütün nazirləri nazir səlahiyyətlərini müvəqqəti icra edəcəklər. İndi Gürcüstan parlamentinin yeni baş nazirə və onun təqdim etdiyi hökumətə etimad göstərməsi üçün iki həftə vaxtı var. Etimad qazanmaq üçün hökumət azı 76 parlament üzvünün dəstəyini almalıdır.

Hazırda Azərbaycan ictimaiyyətini bir neçə vacib sual maraqlandırır: Qaribaşvilinin istefasından bir neçə gün öncə Paşinyanla imzaladığı strateji tərəfdaşlıq haqqında sazişin Azərbaycan üçün hansı mənfi təsirləri ola bilər? Ermənistana yönəlik güzəştli siyasət Avropa və ABŞ-nin sifarişidir? Gürcüstanda formalaşacaq yeni hökumət sözügedən sazişi hansı formada icra edəcək? Bundan sonra Azərbaycan-Gürcüstan münasibətləri necə inkişaf edəcək?

Kopyalandı
Banner
“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

“Sizin üçün gözəl evlər tikilib” | Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 554 baxış
"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

"Haber Global"dan Prezident İlham Əliyevin Qarabağ səfəri ilə bağlı süjet - Baku TV

Siyasət
06 noyabr 2026 554 baxış
"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

"Sizi təbrik edirəm" | Prezident və birinci xanım Zəngilanda sakinlərlə bir arada - BakuTV

Siyasət
06 noyabr 2026 554 baxış
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında - Baku TV

Siyasət
06 noyabr 2026 554 baxış
Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Naxçıvanla bağlı yeni qərar: Bakıdakı daimi təmsilçilik ləğv edildi - Baku TV

Siyasət
06 noyabr 2026 554 baxış
Zəngəzur dəhlizi risk altındadır

Zəngəzur dəhlizi risk altındadır

Siyasət
06 noyabr 2026 554 baxış
“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

“Sadəcə Ermənistana deyil...” | TRIPP ABŞ-İran qarşıdurmasının yeni cəbhəsinə çevrilir? - Baku TV

Siyasət
06 noyabr 2026 554 baxış
Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Prezident və birinci xanım Cəbrayılda | Soltanlının birinci məhəlləsinin açılışı - Baku TV

Siyasət
06 noyabr 2026 554 baxış
Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Zəngilanın Cahangirbəyli və Cəbrayılın Soltanlı kəndlərinin birinci mərhələsinin açılışı olub

Siyasət
06 noyabr 2026 554 baxış
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür | Trampdan mühüm açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
06 noyabr 2026 554 baxış
Seçilmişlər
icon