Qazaxıstandan AZAL təyyarəsinin "qara qutu"ları barədə önəmli açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsinin “qara qutu”larının deşifr edilən materialları yaxın günlərdə Astanaya çatdırılacaq.
Bu barədə Qazaxıstan mətbuatına bu ölkənin Nəqliyyat Nazirliyindən məlumat verilib.
“Yaxın günlərdə aviasiya hadisəsinin araşdırılması üzrə komissiya üzvlərinin “qara qutu”ların deşifr edilən materialları ilə Astanaya gəlməsi gözlənilir. Ekspertlər gələn kimi dərhal “qara qutu”ların deşifr edilən məlumatlarının öyrənilməsinə başlayacaqlar”, – deyə qurumdan bildirilib.
Braziliya Hərbi Hava Qüvvələrinin nümayəndəsi isə qeyd edib ki, bu aviasiya araşdırması ilə bağlı yekun hesabatda dərc olunacaq təhlil və nəticələrə görə məsuliyyət yalnız Qazaxıstanın istintaq orqanının üzərinə düşür.
#Qazaxıstan teqi istifadə olunub
- Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV
- Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı
- Silah, narkotik və qadağan olunmuş kitablar: Şübhəlilərin evindən nə çıxdı? - Baku TV CANLI
- Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
