Pleyeri seçin:

Qərbdən tapşırıq alıb seçkilərdə aranı qatmaq istəyi ürəyində qaldı

06 fevral 2024 523 baxış

Azərbaycanda növbədənkənar prezident seçkisinin əhəmiyyətini, geosiyasi miqyasa təsirini həzm edə bilməyənlər yenə hərəkətə keçib. Onlar yalnız bağlı olduğu mərkəzlərdən təlimatlar alırlar və həmin tezislərə uyğun hərəkət edirlər, ictimai rəyi çaşdırmağı qarşıya məqsəd qoyurlar.

Elə bu günlərdə Qərbin ənənəvi oyuncaq təşkilatı kimi Azərbaycan əleyhinə istifadə edilən “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin və onun rəhbərliyində təmsil olunan Anar Məmmədlinin Qərbdən xüsusi tapşırıq alması haqda məlumat yayıldı.

Xəbərə görə, Anar Məmmədliyə seçki günü ictimai rəyi manipulyasiya etmək və neqativ məcraya yönləndirmək üçün 500 nəfər müəyyənləşdirmək, həmin adamları “seçki pozuntuları” videoları çəkmək üçün texniki avadanlıqlarla təchiz etmək tapşırılıb. Lakin necə deyərlər, bu plan suya düşüb və təlimatı hazırlayanlarla onu icra etmək öhdəliyi təyin edilən şəxslər bu istiqamətdə heç bir şeyə nail ola bilməyiblər.

İflasa uğrayan cəhdlə bağlı “Oxu.Az”a bir sıra əlavə detallar da məlum olub. Aldığımız məlumata əsasən, Anar Məmmədli səriştəsizliyini ört-basdır etmək üçün dəridən-qabıqdan çıxır. İndi o, özünü sübut etməkdən ötrü yeni plan üzərində işləyir.

Anar Məmmədli cəmi 20-30 nəfərlik təxribat qrupu formalaşdırmağa nail olub, onların əksəriyyəti “Azadlıq” qəzeti və “Azadlıq” radiosunun əməkdaşlarından ibarətdir. Lakin Anar Məmmədlinin xüsusi qruplar formalaşdırmaq cəhdləri plana uyğun nəticə vermir və o, faktiki olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir.

Aldığımız məlumata görə, Anar Məmmədliyə verilən “tapşırıq” icra olunmadığından ona öz qüvvəsini jurnalist Xədicə İsmayılın “dəstəsi” ilə birləşdirmək tövsiyə olunub. Bu da çıxış yolu, daha doğrusu, növbəti fiasko. Qısası, Anar Məmmədli və onun ətrafı ağalarının istəyinə uyğun istənilən effektiv fəaliyyətə malik deyillər. Buna görə də bəzi səbəblərdən, o cümlədən ayrılan vəsaitin bölüşdürülməsi məsələsindəki fikir ayrılıqları üzündən “koalisiya” baş tutmayıb və Anar Məmmədli ilə Xədicə İsmayılın ayrı-ayrılıqda “işləməsi” qərara alınıb.

Banner
Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Türkiyə Prezidenti təyyarədən Azərbaycan xalqını təbrik etdi - Baku TV CANLI

Siyasət
02 noyabr 2026 523 baxış
Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Cənubi Koreyaya gedən Ərdoğandan Azərbaycana gözlənilməz jest - Baku TV

Siyasət
02 noyabr 2026 523 baxış
Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Trampın İran dilemması: razılaşma, yoxsa müharibə - AKTUAL GÜNDƏM

Siyasət
02 noyabr 2026 523 baxış
Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Türkiyə lideri Zəfər Günü münasibətilə İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı

Siyasət
02 noyabr 2026 523 baxış
Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Zelenski G20 sammitində iştirak edəcək? | Bakı-İrəvan sülh prosesi müzakirə olunub - YENİ BİR SƏHƏR

Siyasət
02 noyabr 2026 523 baxış
İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - Baku TV

Siyasət
02 noyabr 2026 523 baxış
Hörmüz boğazındakı sualtı kabellərə mümkün hücum Azərbaycana və dünyaya necə təsir edəcək?

Hörmüz boğazındakı sualtı kabellərə mümkün hücum Azərbaycana və dünyaya necə təsir edəcək?

Siyasət
01 noyabr 2026 523 baxış
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib - Baku TV

Siyasət
01 noyabr 2026 523 baxış
Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Sosial mediada əməliyyat | Saxta paylaşımla Türkiyə-Azərbaycan qardaşlığı hədəfə alındı - Baku TV

Siyasət
01 noyabr 2026 523 baxış
Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Tarixi sənədlər Leyliqaçanda baş verən faciənin miqyasını ortaya qoyur - Baku TV

Siyasət
31 oktyabr 2026 523 baxış
Seçilmişlər
icon