Qərbi Azərbaycan İcması Simonyanın fikirlərinə reaksiya bildirdi | Hamımız yaxşı xatırlayırıq ki…
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan tərəfinin bəyanatlarını təhrif etməsini və irqçi fikirlər səsləndirməsini qətiyyətlə pisləyirik”.
Bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.
Qeyd edilib ki, Azərbaycan tərəfinin çıxışında vurğulanan qayıdış hüququ beynəlxalq hüququn və fundamental insan haqlarının ayrılmaz hissəsidir və A.Simonyanın bunu hüququ ərazi iddiası kimi yozması Ermənistanın özünün “insan hüquqları” arqumentindən istifadə edərək təcavüzkar siyasət aparması vərdişindən irəli gəlir.
Qərbi Azərbaycan İcmasından bildirilib ki, A.Simonyanın azərbaycanlıları “öz tarixi yurdlarını axtarmaq” adı ilə Altay dağlarına göndərmək barədə ifadəsi Ermənistanın rəhbər dairələrində irqçilik və etnik müstəsnalıq ideologiyasının hakim olduğunu bir daha ortaya qoyur:
“Xatırlatmaq yerinə düşər ki, 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfi Azərbaycana qarşı müharibəyə başlayanda bu ölkənin ordusunun baş qərargah rəisi oxşar irqçi bəyanat verərək Ermənistanın hücumunun məqsədinin azərbaycanlıları Altay dağlarına göndərmək olduğunu bildirmişdi. Bunun Ermənistan üçün necə nəticələndiyi hamıya məlumdur.
Qərbi Azərbaycan İcması olaraq Ermənistandan bu cür irqçi ritorikalardan çəkinməyi və Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik”.
#Qərbi Azərbaycan İcması teqi istifadə olunub
- Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV
- Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV
- Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi | Beynəlxalq elmi konfrans - Baku TV
- Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV
- BDU və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə I Beynəlxalq elmi konfrans - Baku TV CANLI
