Pleyeri seçin:

Qərbi Azərbaycan İcmasından Avropanın bəyanatına sərt cavab

19 oktyabr 2023 94 baxış

“Biz Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən Qərbi Azərbaycan İcması olaraq, Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Avropa İttifaqının (Aİ) 2023-cü il oktyabrın 18-də verdiyi anti-Azərbaycan bəyanatını şiddətlə qınayırıq”.

Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

“Öncə vurğulayaq ki, bu bədnam bəyanatı məhz 18 Oktyabrda – Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günündə verməklə Aİ ölkəmizə və xalqımıza qərəzini simvolik şəkildə ifadə edib.

Bəyanatın məzmununa gəlincə, qeyd edək ki, sənəd qərəzlidir, ayrı-seçkilik xarakteri daşıyır, sülhə mane olur və Ermənistanın törətdiyi müharibə cinayətlərinə və insanlıq əleyhinə cinayətlərə haqq qazandırır.

Qayıdış hüququnu ancaq Qarabağ ermənilərinə şamil etməklə və Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnu inkar etməklə Aİ azərbaycanlılara qarşı etnik əsasda ayrı-seçkiliyini açıq şəkildə göstərib.

Bundan əlavə, münaqişə zamanı törədilmiş çoxsaylı hərbi cinayətlərə baxmayaraq, Aİ-nin “bütün Qarabağ erməniləri” üçün amnistiya tələbi bizi dərindən narahat edir. Müharibə cinayətlərinə amnistiyanın verilməsi təkcə ədalət və hesabatlılıq prinsiplərini pozmur, həm də cəzasızlıq mühiti yaratmaqla regionda davamlı sülh və barışığı mümkünsüz edir. Aİ-nin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər üçün amnistiya tələb etməsi bu qurumda irqçi mentalitetin ayaq açmasını və humanizm dəyərlərinin aşınmasını, eləcə də onun regionda sülh və ədalətin bərqərar olmasında maraqlı olmadığını göstərir”, – deyə bəyanatda vurğulanır.

Həmçinin Aİ-nin bəyanatında Azərbaycanı yerli əhalinin insan hüquqlarını və mədəni irsini qorumağa çağırılsa da, Ermənistandan və işğal olunmuş Azərbaycan ərazilərindən qovulmuş azərbaycanlıların hüquqları və mədəni irsi ilə bağlı Ermənistanın məsuliyyəti barədə heç bir çağırış edilmədiyi də bildirilir: “Bu, Aİ-nin qərəzli və anti-Azərbaycan yanaşmasının növbəti sübutudur”.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 94 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 94 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 94 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 94 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 94 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 94 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 94 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 94 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 94 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 94 baxış
Seçilmişlər
icon