Qərbi Azərbaycana qayıdış planına qarşı məkrli addım | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Qərbi Azərbaycana qayıdış planına qarşı məkrli addım” adlı süjetdə Ermənistanda de-fakto fəaliyyətə başlamış Repatriasiya və İnteqrasiya Mərkəzinin bu il iyulun 27-də rəsmi açılış mərasimində Baş nazir Nikol Paşinyanın Ermənistana daha çox insan qayıtması ilə bağlı açıqlamalarına yer verilib.
Bildirilib ki, mərkəz repatriantlara pulsuz erməni dili kursları, inteqrasiya və tədris seminarları, müxtəlif onlayn və oflayn tədbirlər keçirəcək, məlumat, şəbəkələşmə və potensial işəgötürənlərlə əlaqə və s. istiqamətlərdə yardım edəcək.
Qeyd olunub ki, əvvəllər Ermənistana ermənilər Suriya və Livandan köç edirdilərsə, 2021-ci ildən etibarən Rusiyadan qayıdanlar çoxalıb: “Repatriant müxtəlif səbəblərdən ölkəsini tərk edib, yenidən vətənə qayıdanlara deyilir. Ancaq Suriya, Livan, Rusiyada olan ermənilər bu kateqoriyaya daxil edilə bilməz. Ermənistan hakimiyyəti qanun qəbul edilməsə də, onların repatriant adı ilə ölkəyə gəlməsinə və vətəndaşlıq verilməsinə başlayıb. Məlumata görə, 2022-ci ildə 25 min erməniyə repatriant statusu, onlardan 19 mininə isə Ermənistan vətəndaşlığı verilib”.
Diqqətə çatdırılıb ki, Ermənistan dünyanın müxtəlif ölkələrindən erməniləri “repatriant” adı ilə ölkəyə köçürür: “İndi ehtimal etmək olar ki, bunları Qərbi Azərbaycan ərazisində yerləşdirməyi planlaşdırırlar. Çünki qərbi azərbaycanlıların qovulduqları ərazilərin çoxunda yaşayış yoxdur. Kəndlərdə bir neçə yaşlı sakinə təsadüf etmək olar. Qərbi Azərbaycan türklərinin ev-eşikləri ya dağıdılıb, ya da baxımsızlıqdan uçub”.
Süjetdə vurğulanıb ki, Ermənistanda “Repatriasiya haqqında” qanun qəbul edilərsə, bu, ilk növbədə qərbi azərbaycanlılara şamil edilməlidir: “Çünki onlar bu yerlərin qovulmuş, vətəndaşlıqdan zorla məhrum edilmiş əsl sahibləridir. Ona görə də Ermənistanda bu məsələni ört-basdır etmək üçün “Repatriasiya haqqında” qanunu qəbul etmirlər. “Repatriant” adı ilə yerləşdirilənlər isə qərbi azərbaycanlıların vətəndaşlığını və onların torpaqlarını mənimsəyirlər”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
