Qərbi Azərbaycanın 200-dən çox kəndinin sakini Sumqayıtda məskunlaşıb | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin budəfəki müsahibi Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov olub.
O, doğulub boya-başa çatdığı Haqqıxlı kəndindən söhbət açıb. Onun sözlərinə görə, Dilican dərəsinin ən gözəl və tarixi yaşayış məntəqəsi olan, Göyçənin giriş qapısı sayılan bu kənddə 1988-ci il deportasiyasına qədər ancaq azərbaycanlılar yaşayıblar.
Kəndin adının etimologiyasından danışan R.İsmayılov söyləyib ki, bəzi mənbələrə görə, Haqqıxlı türk mənşəli haqqıx sözündən əmələ gəlib. Haqqıx əsasən qırmızı rəngə çalan qiymətli bərk mineral, bəzək daşı anlamında işlədilib. Haqqıxlı isə haqqıx daşı çox olan yer anlamını ifadə edib.
Alimlərin iddiasına görə, kəndin yuxarı hissəsində bəzəkli daşların çox olması deyilənləri təsdiqləyir. Tədqiqatçılar ikinci bir nümunə kimi kəndin adının toponim haqq sözündən əmələ gəlməsi fikrini irəli sürüblər.
Guya ki, haqqıxlılıların ulu babaları Xəlil ağa adlı bir zülmkara boyun əyməyərək əvvəllər yaylaq kimi istifadə etdikləri bu ərazilərə gəlib, yurd-yuva salıb və həmişə də özlərini haqlı, ədalətli sayaraq, "biz haqqıx" deyiblər. Həmin insanların saldığı kənd də onların bu ifadəsinə uyğun olaraq "haqqın, ədalətin tərəfdarları" anlamında Haqqıxlı adlanıb.
#Qərbi Azərbaycan İcması teqi istifadə olunub
- Basarkeçər əsilli tələbələr üçün xüsusi tədbir təşkil olundu - Baku TV
- Festivalda qədim adət-ənənələr nümayiş olunub - Baku TV
- Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi | Beynəlxalq elmi konfrans - Baku TV
- Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması QAİ-nın əsas hədəfidir - Baku TV
- BDU və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə I Beynəlxalq elmi konfrans - Baku TV CANLI
