Pleyeri seçin:

Qərbi azərbaycanlıların Ermənistan vətəndaşı hüququ təmin olunacaq? | Qərbi Azərbaycan Xronikası

13 iyul 2023 91 baxış

“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb. "Qarabağ erməniləri Azərbaycan vətəndaşı olacaqlarmı?" adlı süjetdə rəsmi Bakının və beynəlxalq ictimaiyyətin ermənilərin Azərbaycan ərazisində təhlükəsiz yaşaması üçün bütün təminatları verdiyi vurğulanır.

Bildirilir ki, Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da özləri üçün başqa yaşayış yeri tapmalıdırlar:

“Azərbaycan ölkə Konstitusiyasına tabe olan bütün vətəndaşların təhlükəsizliyini təmin edir və bununla dövlətin əsas qanununa tam əməl edir. Rəsmi Bakının vətəndaşları olan ermənilərə Azərbaycan ərazisində təhlükəsiz yaşamasına təminat verməsini beynəlxalq ictimaiyyət də dəstəkləyir. ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvin deyib ki, ermənilər Qarabağda Azərbaycanın tərkibində təhlükəsiz yaşaya bilərlər”.

Süjetdə separatçıların tör-töküntülərinin lideri Araik Arutyunyanın Rusiya Prezidenti Vladimir Putinə “yardım məktubu” ünvanlamasına da yer verilib: “Bu, onu göstərir ki, Azərbaycanın və beynəlxalq ictimaiyyətin təminatı və dəstəyinə araiklər məhəl qoymaq istəmirlər. Bunlar öz soydaşlarının, yəni ermənilərin başını bəlaya salıb. 100 ildir xülya ilə yaşadıqlarını reallıq kimi qəbul edən bu ünsürlər Azərbaycanın ərazi bütövlüyü, sülh, təhlükəsizlik və regional əməkdaşlıq üçün böyük maneə və əngəl yaradırlar”.

Həmçinin ABŞ başda olmaqla beynəlxalq ictimaiyyətin 300 mindən çox qərbi azərbaycanlının Ermənistan vətəndaşlığı ilə bağlı pozulan hüququna göz yumduğu vurğulanır, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın rəsmi İrəvanın öhdəliyi kimi göstərilir.

Analitik süjet bu fikirlə yekunlaşır: “Azərbaycanın Qarabağ iqtisadi rayonunda yığcam şəkildə yaşayan ermənilərin Azərbaycan vətəndaşlığının təmin olunması ilə yanaşı, qərbi azərbaycanlıların güc tətbiqi ilə məhrum edildikləri Ermənistan vətəndaşı hüququnun da təmin olunması ədalətin qələbəsi olar. Bu, regionda etimad və etibar mühitini gücləndirər, daimi və davamlı sülhün yaranmasına təkan verər. Bu, Azərbaycanın Ermənistan ərazi iddiası deyil, qərbi azərbaycanlıların repatriasiyası və ya vətəndaşlığının tam təmini deməkdir”.

Banner
Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV

Siyasət
28 oktyabr 2026 91 baxış
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 91 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 91 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 91 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 91 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 91 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 91 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 91 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 91 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 91 baxış
Seçilmişlər
icon