“Qış təlimi-2025”in “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirildi | İki qardaş ölkənin birgə təlimi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Qars şəhərində “Qış təlimi-2025” birgə təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandanı Kənan Seyidov, Azərbaycan Ordusu Quru Qoşunların komandanının müavini İlqar Lətifov, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Selçuk Bayraktaroğlu, eləcə də Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının və digər iştirakçı dövlətlərin hərbi nümayəndələri iştirak ediblər.
Əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik məlumatlar təqdim olunub, videobağlantı vasitəsilə bölmələrin fəaliyyəti haqqında zabitlərin məruzələri dinlənilib. Qonaqlar şərti əməliyyatların icrası zamanı hüquqi məlumatlandırma və medianın idarəolunması məntəqələrinə baxış keçirib.
Rəsmi hissə başa çatdıqdan sonra təlim poliqonunda “Qış təlimi-2025”ə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən maraqla izlənilib.
Plana uyğun olaraq, əməliyyatlar zamanı bölmələrlə qarşılıqlı əlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşin idarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyüş təminatı üzrə fəaliyyətlər həyata keçirilib.
Təlimin ssenarisinə əsasən, artilleriya qurğuları, zirehli texnika, döyüş təyyarələri və helikopterlərdən qanunsuz silahlı birləşmələrin sığınacaqları, texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər.
Təlimdə Azərbaycanı təmsil edən Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- “Əsgər və zabitlərimiz müdafiə xətlərini yarmaq üçün...” | Prezident Zəfərə aparan yoldan danışdı
- Düşmənin belini qıran Azərbaycan Ordusunun Zəfər yolu | Qürurverici görüntülər - Baku TV
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
