Qızıl Xaç avtomobilləri "Laçın" postundan keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Qızıl Xaç Komitəsi “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçməklə Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan torpaqlarındakı ermənilərə yardım gətirməyə davam edir.
Beynəlxalq təşkilatın Qarabağa humanitar yardım daşıyan nəqliyyat vasitələrinin sözügedən məntəqədən növbəti keçidi ilə bağlı videogörüntülər yayılıb.
Kadrlar bir daha sübut edir ki, bölgədəki erməni sakinlərin hər iki istiqamətdə sərbəst hərəkəti maneəsiz təmin olunur. Həmçinin Ermənistan siyasi rəhbərliyinin və separatçıların iddia etdiyi kimi, onların guya humanitar böhranla üz-üzə qalmaları barədə xəbərlər əsassız, heç bir həqiqəti əks etdirməyən qarayaxma kampaniyasından başqa bir şey deyil.
Lakin burada bir məqam diqqətdən yayınmır. BQXK öz missiyasının icrasında Qarabağda yaşayan mülki şəxslərin avtomobillərindən istifadə edir. Məhz bu addım onların fəaliyyəti ilə bağlı şübhələr yaradır.
#Qarabağ erməniləri teqi istifadə olunub
- Ermənistanda hər yerdə azərbaycanlı görmək sindromu nədir? - Baku TV
- Elinart Vardanyan Qarabağ ermənilərindən danışdı | Bunu etməyə sizin haqqınız yoxdur!
- Ermənilərin yeni pasportlarında doğum yerinə Azərbaycan yazılıb | Hər kəsi təəccübləndirən mənzərə
- Qarabağ ermənilərinin Azərbaycan dövlətinə reinteqrasiyası | İlham Əliyevdən mühüm açıqlamalar
- Deputat Ermənistanla bağlı şərti açıqladı | Bütün gücümüzlə çalışmalıyıq ki...
