Qızları və gəlini birinci xanım Mehriban Əliyevanı belə təbrik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın avqustun 26-sı doğum günüdür.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkənin birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.
O, "Instagram" hesabında bununla bağlı paylaşım edib. Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva da "Instagram" hesabında Mehriban Əliyevanın fotosunu paylaşaraq təbriklərini çatdırıb.
Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edənlər arasında gəlini Alyona Əliyeva da yer alıb. O da "Instagram" hesabında paylaşım edərək, "Mehriban xanım, bu gözəl gündə sizə daim xoşbəxtlik və sevinc arzulayıram! Ad gününüz mübarək!", ‒ sözlərini qeyd edib.
Xatırladaq ki, Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.
#Mehriban Əliyeva teqi istifadə olunub
- İran ABŞ-nin yeni hücumuna hazırdır? | Qara dənizdə yeni müharibə? - YENİ BİR SƏHƏR
- Prezidentin sosial media hesablarında "AIREX 2026" sərgisi ilə tanışlığa dair videoçarx paylaşılıb
- Prezident və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisində - Baku TV
- Prezident İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - Baku TV
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
