Pleyeri seçin:

Qubada yəhudilərin "Qurtuluş və Nicat Günü"nə həsr edilən sərgi keçirildi

03 iyun 2024 383 baxış

Dağ Yəhudilərinin İrsi Mərkəzində yəhudi xalqının məhv edilməkdən xilas olması rəmzini daşıyan “Qurtuluş və Nicat Günü”nə həsr edilən sərgi keçirilib.

Qırmızı qəsəbədə təşkil olunan tədbirdə yəhudilərin İkinci Dünya müharibəsi zamanı üzləşdikləri müsibətlərdən bəhs olunub, faşist Almaniyasının yürütdüyü siyasət nəticəsində həyatını itirənlərin xatirəsi yad edilib.

Bildirilib ki, bu dini təqvim dünyada yaşayan yəhudilər tərəfindən xüsusi qeyd olunur və böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda məskunlaşan dağ yəhudiləri də bu günə xüsusi önəm verirlər. Dağ Yəhudilərinin İrsi Mərkəzinin direktoru İqor Şaulov müharibə dövründə nasist Almaniyası tərəfindən işğal olunmuş ölkələrdə yəhudilərə qarşı həyata keçirilən soyqırımının, amansız təqiblərin onların tarixində dərin və kədərli iz buraxdığını qeyd edib, qırğınlar zamanı ölənlərin hər zaman dərin hörmət və ehtiramla yad edilməsinin vacibliyini vurğulayıb.

Sərgidə iştirak edən İsrailin Azərbaycandakı səfiri Corc Dik İkinci Dünya müharibəsi dövründə 680 min azərbaycanlının da vuruşduğunu və onlardan 300 min nəfərin döyüşlərdə həlak olduğunu xüsusi ehtiramla xatırladıb.

“Biz göstərmək istəyirik ki, “Holokost” qurbanlarının xatirəsini hər zaman xatırlayırıq, yad edirik. Bu müharibədə öz həyatını itirmiş yüzminlərlə azərbaycanlını da unutmayacağıq. Biz Azərbaycan xalqına öz təşəkkürümüzü bildiririk ki, müxtəlif dinlərə mənsub xalqların burada sülh şəraitində yaşamasına öz dəstəyini göstərir”, – deyə o əlavə edib.


Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 383 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 383 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 383 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 383 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 383 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 383 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 383 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 383 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 383 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 383 baxış
Seçilmişlər
icon