"100-dən çox park və ictimai yer..." | Bakıda hansı mühüm layihələr reallaşdırılıb? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“Son 20 ildə Bakıda 100-dən çox park salınıb və ictimai yerlər yaradılıb”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışında bildirib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda şəhərsalma sahəsində inkişaf sürətlə davam edir.
“İctimai nəqliyyata, mikromobilliyə, metroya, elektrik enerjisi ilə işləyən müasir avtobuslara sürətli çıxışı olan ekoloji baxımdan təmiz şəhərlər – bütün bunlar paytaxtın simasını dəyişdirir”, – deyə Prezident qeyd edib.
İlham Əliyev əlavə edib: “Bu mühüm görüş, BMT-dən olan dostlarımızın, eləcə də ölkəmizə gələn çoxsaylı qonaqların təcrübəsi bizə bir-birimizdən öyrənməyə, müsbət təcrübələri mənimsəməyə və eyni zamanda səhvlərimiz barədə danışmağa imkan yaradacaq”.
#İlham Əliyev teqi istifadə olunub
- Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM
- Mehriban Əliyevanın sosial media hesablarında retrospektiv sərgi ilə bağlı paylaşım edilib - Baku TV
- İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - Baku TV
- Azərbaycan beynəlxalq bazarlara etibarlı enerji təchizatçısı kimi çıxış edir - Baku TV
- İlham Əliyev: "Bir şəhərdə, bir ölkədə bu iki mötəbər qlobal tədbir keçiriləcək" - Baku TV
