Pleyeri seçin:

"26 fevral qardaşlığı”: Bu silahların mümkün müharibədə təsir gücü nədir? | HƏRBİ XRONİKA

28 fevral 2026 657 baxış

“Hərbi xronika” rubrikasının budəfəki buraxılışında fevralın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyanın Varşava səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış ilə hərbi-texniki əməkdaşlıq sazişi imzalaması fonunda regionda formalaşan hərbi-siyasi vəziyyət diqqətə çatdırılıb.

Bildirilib ki, sazişin məhz fevralın 26-da və Varşavada imzalanması simvolik məna daşıyır. Çünki Polşa Ermənistanla diplomatik əlaqələri 1992-ci ilin 26 fevralında qurub. Bu məqam Ermənistanın beynəlxalq platformalarda səsləndirdiyi sülh ritorikası ilə paralel şəkildə hərbi əməkdaşlığı genişləndirməsi fonunda xüsusi diqqət çəkir.

Qeyd olunub ki, Polşa müdafiə sənayesi qısa mənzilli Hava Hücumundan Müdafiə sistemləri üzrə ixtisaslaşıb və Ermənistan üçün maraq doğura biləcək “Piorun”, “Poprad”, “Pilica+” kimi sistemlər istehsal edir. “Piorun” sistemi 10–4000 metr yüksəklikdə və 6500 metrədək məsafədə hava hədəflərini məhv etmək qabiliyyətinə malikdir və 2019-cu ildən Polşa Silahlı Qüvvələrinin arsenalındadır.

Buraxılışda vurğulanıb ki, İrəvanın Polşa ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində ən ciddi əməliyyat təsiri qazana biləcəyi istiqamət artilleriya komponentidir. Bu baxımdan 155 millimetrlik “Krab” artilleriya sistemi diqqət çəkir. Həmin sistem daha uzun mənzil və yüksək dəqiqlik imkanı ilə seçilir.

Analitiklərə görə Azərbaycanın Ermənistanla müqayisəsində regional hərbi balans hava üstünlüyü, PUA və yüksək dəqiqlikli zərbə vasitələri, elektron mübarizə imkanları, eləcə də logistika və komanda-idarəetmə inteqrasiyası ilə müəyyən olunur. Bu səbəbdən Ermənistan–Polşa hərbi-texniki əməkdaşlığı qısa və orta müddətdə müəyyən taktiki güclənmə yarada bilsə də, strateji səviyyədə güc nisbətini köklü şəkildə dəyişmək üçün daha genişmiqyaslı və uzunmüddətli proqramların icrası tələb olunur.

Banner
Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV

Siyasət
22 oktyabr 2026 657 baxış
Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Qarabağ gərginliyi Ermənistanda azərbaycanlıların həyatını necə dəyişdi? - Baku TV

Siyasət
22 oktyabr 2026 657 baxış
AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

AXC-nin İrəvan qərarı və Ermənistanın sonrakı iddiaları - Baku TV

Siyasət
22 oktyabr 2026 657 baxış
Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Türkiyədə Azərbaycanı hədəf alan dairələr kimlərdir?

Siyasət
22 oktyabr 2026 657 baxış
"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

"Azərbaycan ona görə bunu etdi ki..." | İrəvanın yeni TRIPP açıqlaması barədə siyasi şərh - Baku TV

Siyasət
22 oktyabr 2026 657 baxış
Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Qardaşlığın gələcəyi necə qorunacaq? - Baku TV CANLI

Siyasət
22 oktyabr 2026 657 baxış
Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Bakıda 3-cü İslam Maliyyə Forumu işə başlayıb - Baku TV

Siyasət
22 oktyabr 2026 657 baxış
Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Etnik təmizləmədən yan keçən kənd: Ardanış azərbaycanlıları 1980-ci illərdə niyə qovuldu?

Siyasət
22 oktyabr 2026 657 baxış
Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Türkiyədə Azərbaycanı hədəf alanlar | Ölkəmizə qarşı kampaniyanın arxasında kimlər var? - Baku TV

Siyasət
22 oktyabr 2026 657 baxış
Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR

Siyasət
22 oktyabr 2026 657 baxış
Seçilmişlər
icon