"Azərbaycan Dəmir Yolları" QSC məlumat yaydı - Baku TV
Bakıdan Tbilisiyə qatarlar yola düşəcək.
Bu barədə məlumat "Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" Səhmdar Cəmiyyəti arasında əldə olunmuş ilkin razılaşmada yer alır.
Müqaviləyə əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün saat 06:24-də Bakıya çatacaq.
"Azərbaycan Dəmir Yolları"nın yaydığı xəbərdə marşurutlar və stasiyalar da göstərilir. Belə ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlara Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq veriləcək.
"Azərbaycan Dəmir Yolları"ndan həmçinin bildirilib ki, ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.
#Azərbaycan Dəmir Yolları QSC teqi istifadə olunub
- Həccə gedəcək azərbaycanlılarla bağlı yenilik | Bakı-Tbilisi qatarını kimlər seçir? - YENİ BİR SƏHƏR
- Şad xəbər: Tbilisiyə qatar bileti ucuzlaşdı | Bakıda daha bir yol təmirə bağlanır - YENİ BİR SƏHƏR
- Tbilisiyə daha sərfəli qiymətə getmək mümkün olacaq - Baku TV
- ADY yükdaşıma imkanlarını artırmaq üçün lokomotiv parkını yeniləyir - Baku TV
- Xırdalan-Bakı xəttində yenilik | Sərnişinlər üçün şad xəbər - 24 SAAT
