Pleyeri seçin:
"Azərbaycan Kartoqrafları" İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Kartoqrafları" İctimai Birliyi strateji əhəmiyyətli layihə olan Zəngəzur dəhlizinin ətraflı xəritəsini hazırlayıb. Birliyin sədri Müqabil Bayramovun verdiyi məlumata görə, xəritə yüksək keyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib. Kartoqrafik əsərdə Azərbaycan, Ermənistan və İranın müvafiq hissələri – yaşayış məntəqələri, yollar, çaylar və dağlar öz əksini tapıb. Xəritədə həmçinin Naxçıvanla əsas əlaqəni təmin edəcək Araz dəhlizi də göstərilib. Sənəd həm Azərbaycan, həm də ingilis dillərində nəşr olunub.
Kopyalandı
