"Azərbaycan və Ermənistan bu ərazilər barədə razılaşıb" | "Hraparak"dan sensasiyalı məlumat
“Ermənistan ərazi güzəştləri etməyə hazırlaşır. Bununla bağlı ofisimizə məlumat və xəritə daxil olub”.
Belə bir iddia ilə Ermənistanın “Hraparak” nəşri çıxış edib.
Məlumata görə, Ermənistan və Azərbaycan arasında delimitasiya ilə bağlı danışıqlar aparılıb. Tərəflər sərhədlə bağlı yeni razılıq əldə ediblər.
Təqdim edilən xəritədə yaxın zamanlarda Azərbaycana veriləcək 180 kvadratkilometr ərazi əks olunub. Ermənistana isə bunun əvəzində 25 kvadratkilometr ərazi veriləcək.
O da bildirilib ki, Azərbaycanın təqdim etdiyi xəritələr əsasında hazırlanan delimitasiya layihəsi hazırdır. Tavuşdan Sünikə qədər sərhədin əsas hissəsi müəyyənləşib. Xəritədə sarı rənglə qeyd olunan ərazilərin Ermənistana verilməsi gözlənilir. Bənövşəyi rənglə göstərilən ərazi isə Azərbaycana aiddir.
#Ermənistan teqi istifadə olunub
- "Biz vaxt itirə bilmərik" | Prezidentdən dəmir yolu layihəsi ilə bağlı mühüm açıqlama - Baku TV
- İrəvan və Tehran arasında TRIPP üzrə anlaşma əldə olunub - Baku TV
- Ermənistan səmasını bağlayır: yeni hava müdafiə şəbəkəsi kimə qarşıdır? - AKTUAL GÜNDƏM
- Paşinyana qarşı yeni cəbhə açılır | Ermənistanla bağlı kritik toplantı - Baku TV CANLI
- Keçmiş deputat sifarişli qətl ittihamı ilə saxlanıldı - Baku TV CANLI
