"Böyük Qayıdış" zamanı yaranan çətinliklər: Ərazilərin 80%-i minalardan təmizlənməyib
Yeniliklərdən dərhal xəbərdar olun
“Azad edilmiş ərazilərin 80 %-i hələ də minalardan təmizlənməyib”.
Bunu Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov Bakıda keçirilən "Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, minalar, partlamamış hərbi sursatların ərazidə olması yenidənqurma işlərini, insanların öz yurdlarına qayıtmasını çətinləşdirir:
“Minadan təmizlənmə çox vaxt aparan və baha başa gələn bir prosesdir. Artıq üç ildir Azərbaycan ərazilərini işğaldan azad edib və bu 30 il ərzində həmin ərazilər kifayət qədər dağıdılıb, dini-mədəni abidələr məhv edilib, ərazi tamamilə minalarla çirkləndirilib, minalar bütün ərazilərdə pərakəndə şəkildə basdırılıb. Hətta qəbiristanlıqlar, əkin sahələri belə minalanıb”.
#Minatəmizləmə teqi istifadə olunub
- Mediatur iştirakçılarına minatəmizləmə fəaliyyəti ilə bağlı məlumat verildi - Baku TV
- ABŞ boğazda gizli əməliyyat keçirib?
- Hər addımda ölüm riski | Minaaxtaranların bir günü | Atası şəhid oldu, oğlu yolunu davam etdirir...
- Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək - Baku TV
- İran İsrail və ABŞ-nin 127 dronunu zərərsizləşdirib
