Pleyeri seçin:

"Əhali hələ də bundan əziyyət çəkir" | Bakı Təşəbbüs Qrupunun addımları nəticə verir - Baku TV

09 iyun 2026 438 baxış

Fransanın illərlə davam edən müstəmləkəçilik siyasətinin ən ağır nəticələrindən biri xlordekon qalmaqalı olub. Hazırda rəsmi Parisin dənizaşırı ərazilərdə yaratdığı bu ağır fəsadların aradan qaldırılması istiqamətində ilk addımlar atılır.

Uzun illər sonra Fransa Prezidenti Emmanuel Makron ictimaiyyət qarşısında dövlətin xlordekon qalmaqalında məsuliyyət daşıdığını etiraf edib. 2022-ci ildə Paris məhkəməsi də dövlətin bu məsələdə məsuliyyət daşıdığını rəsmi şəkildə təsdiqləyib. Lakin beynəlxalq arenada sülh və ədalət tərəfdarı kimi çıxış edən Fransa hökumətində minlərlə insanın zəhərlənməsinə səbəb olan bu hadisəyə görə nə hər hansı dövlət qurumu, nə də məsul şəxslər hüquqi məsuliyyətə cəlb olunub.

Bakı Təşəbbüs Qrupunun icraçı direktoru bildirib ki, 2024-cü ildən etibarən bu məsələ müxtəlif beynəlxalq platformalarda gündəmə gətirilib:

“Bu mövzu ilə bağlı xüsusi broşürlər nəşr olundu, COP29 ərəfəsində iki beynəlxalq konfrans keçirildi. Daha sonra beynəlxalq ictimaiyyətin diqqətini bu problemə cəlb edə bildik və nəticədə, beynəlxalq təşkilatlar, eləcə də vətəndaş cəmiyyəti institutları müəyyən reaksiyalar göstərməyə başladı. Artıq deyə bilərik ki, uğurlu fəaliyyətimizin nəticəsi olaraq Fransa parlamenti yeni qanun qəbul edib. Hesab edirəm ki, bu kimi uğurlar təkcə Fransa parlamentində deyil, digər beynəlxalq təşkilatların da gündəliyində müəyyən dəyişikliklərə səbəb olacaq və müstəmləkəçiliyin sonunu sürətləndirən təşəbbüslərin daha geniş yayılmasına təkan verəcək”.

2025-ci ildə Fransa məhkəməsi ilk dəfə olaraq çox məhdud sayda zərərçəkənə kompensasiya ödənilməsi barədə qərar qəbul edib və rəsmi Paris bununla məsələni bağlanmış hesab edib. Lakin beynəlxalq ictimaiyyət üçün bu addım kifayət etmir. Fransa özünü müasir demokratik dəyərlərin beşiyi kimi təqdim etsə də, qanunsuz əməlləri bunun əksini nümayiş etdirir.

Banner
Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV

Siyasət
28 oktyabr 2026 438 baxış
İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

İƏT-ə üzv dövlətlərin nümayəndələri Bakıda bir araya gəldi

Siyasət
28 oktyabr 2026 438 baxış
Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Bakıda Gənclər Dialoqu | Tədbirdə hansı məsələlərə diqqət çəkildi? - Baku TV

Siyasət
28 oktyabr 2026 438 baxış
Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Prezidentin ciddi xəbərdarlığı: Azərbaycana əsas təhlükə haradan gəlir? - AKTUAL GÜNDƏM

Siyasət
28 oktyabr 2026 438 baxış
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm addımlar - Baku TV

Siyasət
28 oktyabr 2026 438 baxış
Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Yaşar Gülər Məkkə və Bədr sazişlərinin əhəmiyyətindən danışıb - Baku TV

Siyasət
28 oktyabr 2026 438 baxış
Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR

Siyasət
28 oktyabr 2026 438 baxış
Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV

Siyasət
28 oktyabr 2026 438 baxış
Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV

Siyasət
28 oktyabr 2026 438 baxış
Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Prezident Administrasiyasının sabiq rəhbərinin cəzası nə oldu? | Məhkəmə qərar verdi - Baku TV

Siyasət
27 oktyabr 2026 438 baxış
Seçilmişlər
icon