"Ərazisi və əhalisi erməniləşdirilən Ağin rayonu" - Qərbi Azərbaycan Xronikası
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində köklü sakinləri tamamilə azərbaycanlılar olan, adı erməni saxtakarlığına məruz qalan Ağin rayonu haqqında süjet hazırlanıb.
“Ərazisi və əhalisi erməniləşdirilən Ağin rayonu” adlı süjetdə əsrlər boyu azərbaycanlılar və onların yaşadığı tarixi torpaqların ermənilər tərəfindən soyqırıma məruz qalması, yer-yurd adlarının yadlaşdırılması, eləcə də monoetnik erməni dövlətində azərbaycanlıların qədimdən yaşadığı yüzlərlə yaşayış məntəqəsinin adının dəyişdirilməsindən bəhs olunur.
Bildirilir ki, Ağin rayonu Qərbi Azərbaycanın tarixi Şörəyel mahalı ərazisində yerləşib. Tarixi mənbələrdə bu bölgənin 14-16-cı əsrlərdə monqol, sonra isə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibinə daxil olduğu göstərilir. Türkiyə ilə həmsərhəd olan Ağin bölgəsi İrəvan quberniyasının, Aleksandropol qəzasının, sonra isə İrəvan xanlığının tərkibində olub. Bu ərazinin mərkəzi hissəsi Gümrü şəhərindən 28 kilometr cənub-qərbdə, Arpaçayın kənarında yerləşir.
"İrəvan əyalətinin icmal dəftəri"ndə Ağit kimi, Qafqazın 5 verstlik xəritəsində Ağin formasında qeyd edilib. Bu yaşayış məntəqəsinin köklü sakinləri bütün zamanlarda tamamilə azərbaycan türklərindən ibarət olub. Qədim türk məbədi olan Yerəruyk bazilikası da bu rayon ərazisində yerləşib.
Qeyd olunur ki, XIX əs¬rin əvvəllərində azərbaycanlılar öz tarixi torpaqla¬rından qovulub, onların yerinə 1829-1830-cu illərdə Türkiyə¬nin Muş, Alaşkert, Ərzurum vilayətlərindən, 1877-1878-ci illərdə isə Qarsdan ermənilər məqsədli şəkildə köçürü-lərək yerləşdiriliblər.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
