"Evində dəfələrlə çörək kəsən erməni yeznəmi balta ilə yaraladı" | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
Yeniliklərdən dərhal xəbərdar olun
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
“Bizi Yevlaxda vaqonlardan düşürüb at arabaları ilə kəndlərə payladılar” adlı buraxılış iki dəfə deportasiyaya məruz qalan 78 yaşlı İrəvan sakini Sudif Fətəliyevin həyat hekayəsinə həsr olunub.
O, 5-6 yaşında deportasiya olunduqlarını, yük vaqonlarında Azərbaycana gətirildiklərini deyib:
“Bizi Yevlax şəhərində vaqonlardan düşürüb at arabaları ilə kəndlərə yerləşdirdilər. Çox əzablı, çətin günlər idi. Stalin öləndən sonra 1955-ci ildə biz yenidən öz doğulduğumuz ata-baba torpağımıza – Qərbi Azərbaycana qayıtdıq”.
Onun sözlərinə görə, geri qayıdan zaman İrəvan şəhərində olan evlərini ermənilər ələ keçirib və məcburiyyət qarşısında keçmiş Uluxanlı, sonradan Masis adlanan rayonun Qulucan kəndində məskunlaşıblar:
“Bizim şəhərdəki evin yerində “Rossiya” kinoteatrı tikildi. Onun yanında da Gedər çayının sağ sahilində bizim evlər idi. İkimərtəbəli evimiz artıq əlimizdən çıxmışdı”.
İki dəfə deportasiya olunsa da, doğma Vətəni yenidən görmək istədiyini vurğulayan İrəvan sakini deyib:
“Birinci deportasiya 1948-1950-ci illər arasında olub. Nəhayət, 1988-ci ildə yenidən deportasiya başladı. Bu, mənim ikinci deportasiyam oldu. Ermənilər yolda maşınların qabağını kəsib talayırdılar. İrəvanda xəstəxanada yatanda erməni həkimlər atamın başına min oyun açdılar. Zəngibasar (Masis) rayonundakı yeganə məscidi yandırdılar. Hətta yeznəmi evində çörək kəsən erməni balta ilə başından vurdu”.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
